"Qarabağ"ın transfer etmək istədiyi qanalı futbolçu Kvabena Ovusu yeni problemlə üzləşib. Matc.az xarici mətbuata istinadən bildirir ki, "Kordoba" klubu futbolçuya sanksiya tətbiq etməyə hazırlaşır.

Bazar günü "Villarubia"aya qarşı oyundan sonra qanalı futbolçu Madridə yollanıb və komandanın səhər məşqinə qatılmayıb. İddia edilir ki, "Qarabağ"ın təklif etdiyi bir çanta pul Ovusunu yoldan çıxarıb.

Bundan başqa, Kvabenanın müqavilə ilə məxsus olduğu "Leqanes" də onu buraxmaq niyyətində deyil. Buna səbəb kimi, klub rəhbərliyinin onu əvəzləyə biləcək futbolçunu tapa bilməməsi göstərilir.

Kvabena karyerası ərzində keçirdiyi 103 qarşılaşmada 25 qol vurub. 22 yaşlı oyunçu 3 dəfə Qana millisinin formasını geyinib. İspaniyanın "Toledo", "Kartagena", "Salamanka", "Leganes" və "Kordoba" klublarında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest