"Fənərbağça"nın sabiq qapıçısı Karos Kameni İspaniya mətbuatına danışıb. Matc.az xəbər verir ki, 33 yaşlı oyunçu bir dönəm intihar etməyi düşündüyünü bildirib.

"20 yaşında "Espanyol"da oynayanda irqçilıyə məruz qaldım. Belə hallarda nə edəcəyini bilmirsən. Evə gedib özümü öldürməyi düşündüm. Təssəvür edin ki, mənim o zaman hələ 20 yaşım var idi. Bu gün  8 yaşındakı uşaqlar da belə şeylərə məruz qalırlar. Mən 20 yaşımda belə hiss etmişəmsə, onların nə çəkdiyini siz düşünün" – deyə, Kameni bildirib.

Qeyd edək ki, təcrübəli qapıçı 2017-19 cu illərdə İstanbul təmsilçinin şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest