Futbol üzrə İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vulverhempton”a 2:1 hesabı ilə qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, bu oyunda “qırmızılar”ın hücumçusu Sadio Mane zədələnərək, meydanı erkən tərk edib.
 
Oyunun 33-cü dəqiqəsində Takumi Minamino ilə əvəzlənən seneqallı futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:
 
“Zədənin dəqiq nə olduğunu bilmirik. Problem əzələdədi. Hazırda Manenin vəziyyətini bilmirik, tibbi müayinəni gözləməliyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest