Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
 
Futbolçumuzun komandası doğma meydanda “Lids”dən olan həmyaşıdları ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
 
“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları H qrupunda 7 xalla liderdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest