Parisdə Karate1 Premyer Liqa turniri keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən ikisi bu turnirdə yaxşı nəticəyə imza atıb.
 
İrina Zaretska (-68 kq) yarışı qızıl, Rafiz Həsənov (-67 kq) isə bürünc medalla başa vurub.
 
İrina Zaretska - Endrin Hilton (Norveç) 2:0
İrina Zaretska - Andriana Vasoviç (Serbiya) 8:0
İrina Zaretska - Qonq Li (Çin) 3:0 
 
Yarımfinal
İrina Zaretska - Kayo Someya (Yaponiya) 5:0
 
Final
İrina Zaretska - Feryal Abdelazez (Misir) 3:0
 
Rafiz Həsənov - Əmir Mehdizadə (İran) 2:1
Rafiz Həsənov - Luka Mareska (İtaliya) 1:4
 
Təsəlliverici görüşlər
Rafiz Həsənov - Marvin Qarin (Fransa) 4:3
Rafiz Həsənov - Jihvan Li (Koreya) 2:0
 
Bürünc medal görüşü
Rafiz Həsənov - Vinisius Fiqueyra (Braziliya) 4:2 
 
Olimpiadaya lisenziya verən reytinq xalları qazandıran turnirdə 92 ölkədən 703 karateçi iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest