Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi tunisli mərkəz müdafiəçisi Syam Ben Yussefi heyətinə qatıb.
 
Bu barədə “Dənizlispor”un rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.
 
Ben Yussefin son klubu digər Türkiyə təmsilçisi “Kasımpaşa” olub. O, bu komandada cari mövsümdə 15 oyuna çıxıb, 1 qol da vurub. Tunis yığmasının üzvü “Kasımpaşa”ya 2017-ci ildə Fransanın “Kan” klubundan transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest