A Seriyasının 21-ci turu çərçivəsində “Yuventus”u məğlub edən (2:1) “Napoli”nin baş məşqçisi Cennaro Qattuso qarşılaşmanı şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan razı olduğunu söyləyib.

“Şadam ki, bu oyunda qalib gəldik. “Fiorentina”ya qarşı niyə belə oynamadığımızı bilmirəm. Günün müsbət məqamı meydanda xarakter qoymağımızdır. Bütün futbolçularımızı təbrik edirəm. Ancaq hələ də görəcək çox işimiz çoxdur” – deyə, Qattuso bildirib.

Qeyd edək ki, Qattuso bu yaxınlarda Karlos Ancelottinin yerinə təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest