Futbol üzrə İtaliya D Seriyasının 24-cü turunun “Qrosseto” – “Monterosi” matçında xoşagəlməz hadisə yaşanıb.
 
Matc.az xəbər verir ki, “Qrosseto” klubunun baş məşqçisi Lamberto Maqrini qarşılaşmanın 75-ci dəqiqəsində əvəzlədiyi futbolçusu Rikkardo Kretellu ilə mübahisə yaşayıb.
 
Maqrini meydandan çıxdığı üçün qəzəblənən futbolçunun başına şillə vurub. Matçın baş hakimi baş məşqçini bu hərəkətinə görə texniki zonadan uzaqlaşdırıb.
 
Görüş “Qrosseto”nun 1:0 hesablı qələbəsiylə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest