“Sabah” Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyuna hazırlığını davam etdirir.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün bir məşq keçib. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular əsasən fiziki və toplu təmrinləri yerinə yetiriblər. Yeni transfer Ramil Şeydayev də komanda ilə ilk məşqinə çıxıb.
 
Xatırladaq ki, “Sabah” - “Səbail” oyunu fevralın 23-də, saat 16:00-da başlayacaq. Görüş “Bank Respublika Arena”da baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest