“Qvardiolanın oyunuma baxıb-baxmadığını bilmirəm. Ümid edirəm ki, xəbəri olacaq”. Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının qapıçısı Ariyanet Muriç deyib.

“Mançester Siti”nin qolkiperi Millətlər Liqasının qrup mərhələsində gözlənilmədən yığmamızla qarşılaşmada çərçivədə dayanıb. Əsas kapitan Samir Uykanini ehtiyata atan 20 yaşlı qolkiper gələcəkdə daha böyük uğurlar qazanacağına inanır: “Önəmli uğur əldə etdik. Bu komandanın üzvü olduğum üçün çox xoşbəxtəm. Kosovoya zəfər bəxş etmək çox gözəldi. Qələbə qazanmaq üçün komanda şəklində əlimizdən gələni etdik. Yığmanın gələcəyi hesab edilməyim əladı. Bu komanda ilə daha uzaqlara getməyi dörd gözlə gözləyirəm. Bəlkə bir gün tarixi uğur qazanacağıq”.

Qeyd edək ki, millimiz üzərində 4:0 hesablı qələbə qazanan Kosovo pley-offda Makedoniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest