"Mançester Siti" UEFA-nın verdiyi cəzaya etiraz olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Matc.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Məlumatda "şəhərlilər"in komandanın iki il avrokuboklardan uzaqlaşdırılması ilə razılaşmadığı bildirilir. Klub rəhbərliyi bununla yanaşı, UEFA-nın "Manşester Siti"yə verdiyi 30 milyon avro cəriməni də qəbul etməyib.

Qeyd edək ki, "Mançester Siti" 2015-2016-cı illərdə maliyyə feyr-pley qaydalarını pozduğu üçün iki il müddətinə avrokuboklardan qovulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest