Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində bu gün Avstriya “Zalsburq”u ilə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubları arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Buna fırtına xəbərdarlığı səbəb göstərilir. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatması ehtimal olunur. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək.
 
Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest