01 Mart 2020, 11:52
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				 
 
	Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə dünya birinciliyi qeyri-müəyyən müddətə təxirə salınıb.
	Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.
	Məlumatda bildirilir ki, dünya birinciliyi hazırda dünyada sürətlə yayılmaqda olan koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.
	Sözügedən turnirin 14-21 mart tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Dünya birinciliyinin nə vaxt baş tutacağı bəlli deyil.
				
         	
                                             
               
            
 
_1762210118.jpg)









