Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Neftçi" – "Sabah" matçının (4:0) ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən qapıçı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.
 
Matc.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, stress nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyinə görə əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.
 
Həkimlərin rəyinə görə, hazırda qapıçımızın vəziyyəti stabildi və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest