Futbol üzrə Fransa çempionatında 28-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü lider PSJ səfərdə “Strasburq”la qarşılaşmalı olsa da, bu oyun təxirə salınıb.
 
“Monako” “Nitsa”nın qonağı olub və məğlubiyyətlə üzləşib. Günün digər oyunlarında da “Anje” “Nant”ı, “Dijon” “Tuluza”nı, “Mets” “Nim”i, “Reyms” də “Brest”i məğlub yola salıb.
 
Fransa Liqa 1
28-ci tur
6 mart
 
Olimpik (Marsel) – Amyen 2:2
Qol: Sanson, 45+1. Payet, 57 – Jirassi, 83-pen. Qoddos, 90+6.
 
7 mart
 
Strasburq – PSJ matçı təxirə salınıb
 
Anje – Nant 2:0
Qol: Bobikon, 48. Tomas, 53.
 
Dijon – Tuluza 2:1
Qol: Mendil, 40. Aquerd, 53 – Boisqar, 41.
 
Mets – Nim 2:1
Qol: Nquette, 7. Boye, 81 – Do, 49.
 
Nitsa – Monako 2:1
Qol: Dolberq, 59; 90+2 – Ben Yedder, 32.
 
Reyms – Brest 1:0
Qol: Ture, 37.
 
8 mart
 
18:00 Sent-Etyen – Bordo
20:00 Renn – Monpelye
00:00 Lill – Olimpik (Lion)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest