"Qarşıda bizi iki çətin oyun gözləyir. Portuqaliya kubokunda “Lusitano” və Avropa Liqasında “Qarabağ”la qarşılaşacağıq".

“Yığmaların oyunlarına görə çempionatda verilən fasilə bizim işimizə yaradı. Bunun sayəsində yeni baş məşqçini tanımaq və onun fəlsəfəsini mənimsəmək imkanı əldə etdik”. Matç.az saytı xəbər verir ki, bunu “Sportinq”in qapıçısı Renan Ribeyro deyib.

Bu il “Eştoril”dən icarəyə götürülən braziliyalı qolkiper Portuqaliya mətbuatına açıqlamasında komandasının hazırkı durumunu dəyərləndirib. Yeni baş məşqçi Marsel Keyzeri tərifləyən braziliyalı Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşıdakı oyunda qələbəni hədəflədiklərini vurğulayıb: “Yeni çalışdırıcı fərqlidi, bizimlə müntəzəm əlaqədə olur. İnanıram ki, çox çətinlik çəkməyəcəyik və stabil çıxış edəcəyik. Qarşıda bizi iki çətin oyun gözləyir. Portuqaliya kubokunda “Lusitano” və Avropa Liqasında “Qarabağ”la qarşılaşacağıq. Başa düşürük ki, bu oyunlarda qələbədən başqa yolumuz yoxdu”.

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest