Mönhenqladbax “Borussiya”sı baş məşqçisi Diter Hekkinqlə bağlı qərarını açıqlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik baş məşqçi ilə yeni müqavilə bağlamaq qərarına gəlib.

Mönhenqladbax təmsilçisinin cari mövsüm Bundesliqadakı çıxışı klub rəhbərliyini sevindirir. Bu üzdən 54 yaşlı mütəxəssisin sözləşməsi yenilənib. Razılığa əsasən, Hekkinq 2020-ci ilin yayına qədər komandanın “sükanı arxası”nda qalacaq.

Qeyd edək ki, Diter Hekkinq 2016-cı ildən “Borussiya”nı çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest