İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis COVID-19 pandemiyası müddətində lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib.
 
Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.
 
Xəbərdə o da qeyd olunur ki, Qvardiolanın ödənişinədək 33 min avro toplanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest