"Rasinq" klubunun idman direktoru Dieqo Milito "İnter"də çıxış etdiyi dönəmi xatırlayıb. Matc.az xəbər verir ki, argentinalı Joze Mourinyo ilə bağlı xoş sözlər söyləyib:

 "O, fenomendir. Tarixin ən yaxşı məşqçilərindən biridir. Cəmi bir il ərzində ondan çox şey öyrəndim. "İnter"də karyeramla bağlı çoxlu hekayələrim var. Onları ictimaiyyətə açıqlamaq istəmirəm. Mourinyo çempionlar Liqasının finalından əvvəl bizə qeyri adi heç nə demədi. Sakit qaldı. Soyunma otağında gərginlik olsa da, Mourinyo bizə arxayın idi".

Qeyd edək ki, "İnter" 2010-cu ildə çempionlar Liqasını qazanıb. Həmin vaxt komandanın baş məşqçisi Mourinyo, hücumçusu isə Milito idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest