Almaniya çempionu "Bavariya" hücumçusu Tomas Müllerlə yeni müqavilə barədə razılığa gəlib.
 
Matc.az "Bild"ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilə müddətinin uzadılması təklifi ilə razılaşıb.
 
Yeni müqavilənin müddəti 2023-cü ilin yayına kimi olacaq. Hazırda tərəflər arasında maaşla bağlı son detalların müzakirəsi aparılır. 
 
Xatırladaq ki, Müller 2008-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest