Məlumata görə, rəhbərlik Mbappeyə 6 illik müqavilə və illik 50 milyon avro maaş təklif edib. Paris klubu fransalı forvardı komandada saxlamaq niyyətindədir. Ancaq 21 yaşlı futbolçu ona gələn təklifləri dəyərləndirmək istəyir.

"Liverpul" PSJ-nin forvardı Kilian Mbappenin xidmətində maraqlıdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, mesisaydırlar fransalı hücumçunun agenti ilə təmasa keçiblər.

Məlumata görə, rəhbərlik Mbappeyə 6 illik müqavilə və illik 50 milyon avro maaş təklif edib. Paris klubu fransalı forvardı komandada saxlamaq niyyətindədir. Ancaq 21 yaşlı futbolçu ona gələn təklifləri dəyərləndirmək istəyir.

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun hücum xəttini gücləndirmək üçün rəhbərlikdən iki oyunçu  – Timo Verner və ya Mbappeni tələb etdiyi bildirilir. Hazırda hər iki oyunçu ilə danışıq aparılır.

Qeyd edək ki, gənc hücumçunun daha əvvəl  "Real"a keçəcəyi deyilirdi. Onun PSJ ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest