İngiltərə kubokunun bərpa tarixi və oyunların təqvimi açıqlanıb.  Matc.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.
 
Koronavirus səbəbindən dayandırılan görüşlərin 1/4 final oyunları iyunun 27-28-də keçiriləcək. Yarımfinal qarşılaşmaları isə iyulun 11-12-nə planlaşdırılıb. Final oyunu avqustun 1-də baş tutacaq.
 
Qeyd edək ki, 1/4 finalda “Norviç” – “Mançester Yunayted”, “Lester” – “Çelsi”, “Şeffild Yunayted” – “Arsenal” və “Nyukasl” – “Mançester Siti” matçları keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest