İspaniyanın “Real” klubu komanda şəklində məşqləri bərpa edib.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, komanda bu gün 11 martdan sonra ilk dəfə tam heyətdə məşq edib.
 
Məşqdə “Real”ın uzun müddətdi zədədən əziyyət çəkən futbolçuları – Marko Asensio ilə Eden Hazard da iştirak edib. Onların artıq zədələrini tam sağaltdığı bildirilir. Asensio 2019-cu ilin iyul ayından zədəli idi. Hazard isə bu il fevralın 22-də “Levante” ilə qarşılaşmada sıradan çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest