İyunun 26-da karatenin kata növü üzrə onlayn beynəlxalq turnir start götürəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, 3 gün davam edəcək yarış Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunacaq.
 
Yaxın günlərdə proqramı açıqlanacaq turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest