Fransa çempionu PSJ müdafiəçisi Leven Kurzava ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi artırılıb.
 
Qeyd edək ki, Kurzava koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 14 matçda 1 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. O, 2015-ci ildə “Monako”dan PSJ-yə transfer edilib. Fransalı futbolçu bu müddət ərzində Paris klubu ilə 14 kubok qazanıb ki, bunlardan da dördü Liqa 1 çempionluğudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest