"Atletiko" Edinson Kavani transferindən imatina edib. Matc.az AS-a istinadən xəbər verir ki, rəhbərlik oyunçu ilə maliyyə məsələlərində razılığa gələ biməyib.

Mövsüm sonu PSJ-dən ayrılacaq 33 yaşlı forvardın karyerasını İspaniyada davam etdirməsi gözlənilirdi. Lakin Kavanin Paris klubunda aldığı maaşı istəməsi transferin gerçəkləşməsinə mane olub. Uruqvalı hücumçu Fransada illk 12 milyon avro qazanırdı. Madrid təmsilçisi isə bu rəqəmi verə bilməyəcəyini və bu səbəbdən də oyunçudan imtina etdiyini bildirib.

Onun əvəzinə isə "Napoli"nin futbolçusu Arkadiuş Milik heyətə cəllb ediləcək. "Atletiko"nun idman direktoru Andrea Bertanın 26 yaşlı hücumçu ilə görüşdüyü vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest