"çelsi"nin müdafiəçisi Kurt Zuma karyerasını PSJ-də davam etdirə bilər. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu mövsüm sonunda London klubundan ayrılacaq.

Zumanın "zadəganlar"la 2023-cü ilə qədər müqaviləsi olsa da, baş məşqçi Frenk Lempardın planlarına daxil deyil. "çelsi" fransalı oyunçunun satışından 30 milyon avro qazanmaq niyyətindədir.

PSJ-nin baş məşqçi Tomas Tuxelin də Zumanı heyətində görmək istədiyi bildirilir. Yaxın günlərdə tərəflərin danışıqlara başlayacaqları qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest