"Sabah" baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Bildirilir ki, xorvatiyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Sopiçlə yanaşı, onun köməkçisi Mark Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

Qeyd edək ki, xorvatiyalı çalışdırıcı bu mövsüm Elşad Əhmədovun əvəzinə baş məşqçi təyin edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest