Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Sevilya"nın müdafiəçisi Serxio Regilondur.
 
23 yaşlı futbolçu komandasının "Roma"nı 2:0 hesabıyla məğlub etdiyi oyunda ilk qolun müəllifi olub.
 
Regilonla yanaşı, "Vulverhempton"un qapıçısı Ruy Patrisio, "Kopenhagen"in hücumçusu Yonas Vinn və "Şaxtyor"un forvardı Junior Moraes də Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest