AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara top verib.
 
Matc.az xəbər verir ki, bu, qurumla "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində gerçəkləşib.
 
Klubların hərəsinə AFFA tərəfindən 50 ədəd top verilib. Bu, 2020/21 mövsümündə istifadə üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, mövcud əməkdaşlıq çərçivəsində ötən mövsüm də Peşəkar Futbol Liqasına və Premyer Liqa klublarına "Nike" topları təqdim olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest