"Yuventus"un hücumçusu Kristiano Ronaldo karyerasını başqa klubda davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı oyunçunun agenti Xorxe Mendes 35 yaşlı futbolçunu "Barselona" da daxil olmaqla bir neçə komandaya təklif edib.

Daha öncə Ronaldo karyerasını çemponlar Liqasını qazana biləcək bir klubda davam etdirmək istəyini açıqlamışdı. Bununla yanaşı, Turin təmsilçisinin yüksək məbləğli maaş alan oyunçulardan qurtulmaq niyyətində olduğu vurğulanıb. Bu səbəbdən də 35 yaşlı hücumçu gələn mövsüm İtaliyada oynamaya bilər.

Qeyd edək ki, Ronaldonun "Yuventus"la 2022-ci ilə qədər müqaviləsi var. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest