İspaniyanın “Barselona” klubunda koronavirusa yoluxan futbolçunun adı məlum olub.
 
Matc.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin müdafiəçisi Jan-Kler Todibodur.
 
Bu barədə 20 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb. Todibo, koronavirus testinin müsbət çıxdığını, amma özünü yaxşı hiss etdiyini bildirib.
 
Koronavirusa yoluxan Todibonun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” ilə oyun üçün Portuqaliyaya yollanacaq futbolçularla təmasda olmadığı vurğulanıb.
 
“Barselona” – “Bavariya” oyunu avqustun 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest