UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, yarımçıq dayandırılan "Riqa" - "Tre Fiori" görüşü bu gün davam etdirilib.

Qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində "Seltik"ə (Şotlandiya) rəqib olub.

Qeyd edək ki, "Riqa" - "Tre Fiori" matçı dünən hesab 0:0 olarkən güclü külək səbəbindən dayandırılmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest