"Barcelona"nın müdafiəçisi Nelson Semedo karyerasını İngiltərədə davam etdirəcək.

Matc.az xəbər verir ki, futbolçunun bu gün “Vulverhempton”la müqavilə imzalayacağı bildirilir. Məlumata görə, müdafiəçi yeni klubu ilə 5 illik sözləşmə bağlayacaq. 26 yaşlı futbolçu 2017-ci ildən “Barselona”da çıxış edir. 

O, ötən mövsüm La Liqada 36 oyunda forma geyinib və bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest