"Mançester Siti" "Palmeyras"ın hücumçusu Allan ilə əməkdaşlıq şərtlərini şifahi olaraq razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu və braziliyalı futbolçu mümkün müqavilənin şərtləri barədə ortaq məxrəcə gəliblər, oyunçunun özü də "şəhərlilər"in heyətinə qoşulmaq istəyir. Klubların da mümkün keçidlə bağlı danışıqlar apardığı qeyd olunur.
Allan 2025-ci ilin yanvarından "Palmeyras"ın əsas komandasında çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 95 matçda iştirak edib, 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədərdir. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun bazar dəyəri 20 milyon avro təşkil edir.


_1787347337.jpg)










