İsrailin "Makkabi" (Tel-Əviv) klubunun futbolçusu İtay Şexter açıqlama verib.
 
Matc.az xəbər verir ki, ONE nəşrinə danışan Şexter, Avroliqanın qrup mərhələsində bütün komandaların şanslarının bərabər olduğunu deyib:
 
"Zalsburq"la oyunda bir çox futbolçumuz koronavirusa görə yox idi. Bəlkə də, hər iki oyunda tam heyətlə olsaydıq, nəticə fərqli ola bilərdi. Artıq hər kəs sağalıb və tam heyətlə məşqlərə başlamışıq.
 
Avropa Liqasında bütün komandaların şansları bərabərdir. ümid edirəm ki, matçlarda yaxşı performans göstərib, qələbə qazanan tərəf biz olacağıq".
 
"Makkabi" Avropa Liqasının İ qrupunda "Sivasspor" (Türkiyə), "Vilyarreal" (İspaniya) və "Qarabağ"la mübarizə aparacaq. İsrail klubu ilk matçını oktyabrın 22-də, evdə "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest