UEFA Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda gerçəkləşəcək.
 
Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest