Dekabrın 12-də Beynəlxalq Boks Assosiasiyasına (AIBA) prezident seçkiləri keçiriləcək. Matc.az xəbər verir ki, ali qurumun rəhbər postuna iddia edənlər arasında azərbaycanlı Süleyman Mikayılov da var.

"insidethegames" yazır ki, Mikayılov AİBA prezidenti seçiləcəyi təqdirdə müstəqil bir qurum quracağına söz verib.

"AİBA İcraiyyə Komitəsinin üzvü olan azərbaycanlı, dekabrın 12-də keçiriləcək Konqres zamanı prezident seçiləcəyi təqdirdə AİBA-nın borcunu 100 gün ərzində siləcəyinə söz verib. Mikayılov AİBA-nın seçkilərində iştirak edən yeddi namizəddən biridir. Onun iddiasına görə, dünyada boksun inkişafı üçün etibarlı və şəffaf maliyyə dəstəyi verəcək. Adı açıqlanmayan sponsorlar və tərəfdaşlardan təxminən 23 milyon avro ayrılacaq" - sayt yazır. .  

AİBA-nın hazırda təxminən 20 milyon dollar borcu var. 

Qeyd edək ki, 2003-cü ildə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti seçilən Mikayılov 7 il sonra AİBA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərir. O, hazırda Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest