Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

Günün yeganə görüşü həm də turun mərkəzi oyunu olub. Son çempion “Qarabağ” öz meydanında lider “Sumqayıt”ı sınağa çəkib. Qurban Qurbanovun komandası eyni xala malik olduğu rəqibini keçmək üçün mütləq qalib gəlməli idi. Ağdam klubu bunu 6:1 hesablı darmadağınla rəsmiləşdirib. Komanda bununla həm də təmsil etdiyi Ağdamın ötən gün işğaldan azad olunmasının rəsmiləşməsini qeyd edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qəbələ” “Neftçi”ni, “Zirə” “Keşlə”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
10-cu tur

21 noyabr

“Qarabağ” – “Sumqayıt” 6:1
Qol: D.Gerye, 28; 45+1. A.Zubir, 34; 89. T.Bayramov, 54. M.Emreli, 75 – T.Mütəllimov, 87.
Baş hakim: İnqilab Məmmədov.
Bakı. “Azersun Arena”.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 9. Xayme Romero, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest