Cüdo üzrə Azərbaycan milli komandası çexiyanın paytaxtı Praqadakı Avropa çempionatını 5 medalla başa vurub.
 
Matc.az xəbər verir ki, cüdoçularımız bu yarışda 1 qızıl, 1 gümüş, 3 bürünc medala sahib çıxıblar.
 
Yeganə qızıl medala kişilərin yarışında 66 kq çəki dərəcəsində Orxan Səfərov, gümüş medala qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska nail olub. Bürünc medalları 73 kq-da Rüstəm Orucov, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-da Zelim Kotsoyev əldə edib.
 
Azərbaycan millisi bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında Fransa (5 qızıl, 3 bürünc), Rusiya (3 qızıl, 3 gümüş, 1 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 4 bürünc) sonra 4-cü yeri tutub. Kişilərin yarışında da 4-cü olan yığma qadınların mübarizəsində 8-ci yerlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest