Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
 
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Vilyarreal” bu turda “Real”ı qəbul edib. Bu oyunda heç-heçə qeydə alınıb. “Levante” – “Elçe” görüşü də bərabərliklə bitib. 
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” doğma meydanda “Barselona” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla üstün olub. 
 
“Sevilya” isə “Selta” ilə bol qollu oyundan qalib ayrılıb.
 
İspaniya La Liqası
10-cu tur
20 noyabr
 
Osasuna – Hueska 1:1
Qol: D.Qarsiya, 68 – S.Ramires, 5.
 
21 noyabr
 
Levante – Elçe 1:1
Qol: Melero, 12 – Tete, 64.
 
Vilyarreal – Real 1:1
Qol: Moreno, 76-pen – Mariano, 2.
 
Sevilya – Selta 4:2
Qol: Kunde, 5. En Nesiri, 45+3. Eskudero, 85. El haddadi, 87 – Aspas, 10. Nolito, 36.
 
Atletiko – Barselona 1:0
Qol: Karrasko, 45+3.
 
22 noyabr
 
17:00 Eybar – Xetafe
19:15 Kadis – Real Sosyedad
21:30 Qranada – Valyadolid
00:00 Alaves – Valensiya
 
23 noyabr
 
00:00 Atletik – Betis

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest