"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda Türkiyənin "Sivasspor" klubunu qəbul edəcək.
 
Matc.az xəbər verir ki, bu oyundan öncə hər iki komandanın iştirakı ilə mətbuat konfransları və son məşqlər baş tutacaq.
 
Ağdam klubundan verilən məlumata görə, Qurban Qurbanov sabah - 25 noyabrda, yerli saat 19:00-da (Bakı vaxtı ilə 20:00) media nümayəndələrinin suallarını cavablandıracaq. Komanda isə saat 19:30-da (Bakı vaxtı ilə 20:30) qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxacaq.
 
Rəqib komandanın baş məşqçisi Rıza çalımbay isə saat 16:30-da (Bakı vaxtı ilə 17:30) mətbuat konfransı keçirəcək, "Sivasspor"un son məşqi isə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-sı, saat 20:55-də (Bakı saatı ilə 21:55) start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest