Türkiyənin “Göztəpə” klubunun kollektivi növbəti koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, nəticədə daha 2 futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Adları açıqlanmayan həmin oyunçular qaydalara uyğun karantinə alınıblar.
 
Qeyd edək ki, “Göztəpə”də daha öncə daha 4 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.
 
“Göztəpə” noyabrın 30-da Super Liqanın 10-cu turu çərçivəsində səfərdə “Sivasspor”la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest