19 Noyabr 2026, 20:03
FUTBOL
Mauro İkardinin bacısı İvana futbolçunun keçmiş həyat yoldaşı Vanda Naranı sərt ifadələrlə tənqid edib. Matc.az xəbər verir ki, o, ailə daxilində yaşanan gərginlik fonunda Naranın heç bir prinsip və sərhəd tanımadığını iddia edib.
İvana bildirib ki, Vanda öz maraqları naminə hətta ən yaxın insanları belə kənara itələməkdən çəkinmir: “Bu qadının nə prinsipləri, nə də sərhədləri var. Yolunun üstündə kimin olmasının – öz qızları, anası və ya atası – onun üçün heç bir fərqi yoxdur. O, əsl kabusdur”.
İvana qardaşının ailə problemlərinə görə narahat olduğunu da gizlətməyib. Onun sözlərinə görə, Mauro qızları uğrunda mübarizə apardığı üçün hazırda futbol karyerasında çətinliklərlə üzləşir və hələ də komandasızdır.
Vanda Naranın söylədiklərinin həqiqəti əks etdirmədiyini iddia edən İvana daha bir diqqətçəkən açıqlama verib: “İnsanlar ona necə inana bilirlər? Dediyi hər beş sözdən altısı yalandır. O, özünü zavallı və bədbəxt qurban kimi göstərərək hamını aldadır. Lakin artıq ona inananların sayı getdikcə azalır”.
İkardinin bacısı qardaşının hazırkı sevgilisi Çina Suareslə bağlı yayılan cadu iddialarına da münasibət bildirib. O, baş verən uğursuzluqların səbəbini Çina ilə əlaqələndirməyərək, bütün problemlərin Vanda ilə bağlı olduğunu irəli sürüb.
Xatırladaq ki, Mauro İkardi bu yaxınlarda böyük qızına qarşı fiziki zorakılıqda ittiham olunub. İddialara görə, futbolçu 11 yaşlı qızını danlayıb, saçından tutub və otağa kilidləyib. Hadisədən sonra azyaşlı sosial şəbəkələr vasitəsilə kömək istəyib, polis və təcili tibbi yardım İkardinin evinə gəlib.
Hadisə zamanı Vanda Nara və yeni sevgilisi Martin Miges də evə gəliblər. Migesin İkardi ilə mübahisə etdiyi, Vandanın isə Çina Suaresə qarşı təhqiramiz ifadələr işlətdiyi bildirilir.
Beləliklə, İkardi ilə Nara arasında uşaqların qəyyumluğu və ailə münasibətləri ətrafında davam edən münaqişə yenidən gündəmə gəlib.













