20 Noyabr 2026, 00:01
FUTBOL
“Santos”un məşhur futbolçusu Neymar “Koritiba” ilə oyundan sonra rəqib komandanın azarkeşləri ilə mübahisə edib. Matc.az xəbər verir ki, Braziliya çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşma “Santos”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində (90+4) Barbozanın vurduğu qol həll edib.
Final fitindən sonra Neymar tribunaya yaxınlaşaraq oyunboyu onu təhqir edən “Koritiba” azarkeşlərinə sərt reaksiya göstərib. Hücumçu emosiyalarını cilovlaya bilməyərək rəqib tərəfdarlara qarşı təhqiramiz ifadələr işlədib.
“The Touchline” nəşrinin yaydığı məlumata görə, braziliyalı futbolçu azarkeşlərə belə müraciət edib: “Axmaqlar! Siz bərbad, cılız bir klubsunuz! Mənə hörmət etməlisiniz. Siz B Seriyasına düşürsünüz – gedin, bunu özünüzə soxun!”













