20 Noyabr 2026, 00:21
FUTBOL
Puyol İspaniya millisinin heyətində də böyük uğurlara imza atıb. O, 2008-ci ildə Avropa çempionatının, 2010-cu ildə isə dünya çempionatının qalibi olub.
“Barselona” və İspaniya millisinin sabiq kapitanı Karles Puyol Andorranın “İnter Klub Eskaldes” klubunda yeni vəzifəyə təyin olunub. Matc.az xəbər verir ki, 48 yaşlı mütəxəssis İnstitusional Əlaqələr və Beynəlxalq Futbol üzrə direktor kimi fəaliyyət göstərəcək.
Klubun mətbuat xidməti təyinatla bağlı “X” sosial şəbəkəsində paylaşım edib: “Xoş gəlmisən, Karles Puyol! O, klubumuza İnstitusional Əlaqələr və Beynəlxalq Futbol üzrə direktor kimi qoşulur. Onun gəlişi klubun institusional inkişafında yeni mərhələnin başlanğıcıdır”.
Qeyd edək ki, Puyol bütün futbolçu karyerasını “Barselona”da keçirib və 2014-cü ildə peşəkar futbolla vidalaşıb. Kataloniya klubunun heyətində altı dəfə İspaniya çempionu olan sabiq müdafiəçi üç dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Puyol İspaniya millisinin heyətində də böyük uğurlara imza atıb. O, 2008-ci ildə Avropa çempionatının, 2010-cu ildə isə dünya çempionatının qalibi olub.













