İngiltərə Premyer Liqasının (EPL) 2027/2028 mövsümünün təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
 
Yeni mövsümə 2027-ci il avqustun 13-də start veriləcək. Çempionatın sonuncu turunun oyunları isə 2028-ci il mayın 21-də keçiriləcək. Ənənəyə uyğun olaraq, son turun bütün qarşılaşmaları eyni vaxtda başlayacaq.
 
Qeyd edək ki, 2027/2028 mövsümü 2026/2027 çempionatının başa çatmasından 75 gün sonra start götürəcək. Mövsümün UEFA Çempionlar Liqasının finalından bir həftə əvvəl yekunlaşması planlaşdırılır.
 
Yeni mövsümün təqviminə ümumilikdə 33 həftəsonu və həftəiçi oyun turu, eləcə də beş əlavə tur daxil edilib.
 
Bundan başqa, Milad və Yeni il bayramları dövründə komandaların oyunları arasında ən azı 60 saatlıq fasilə nəzərdə tutulub. Bu qərar qış aylarında sıx oyun qrafikinin yüngülləşdirilməsi və klublara verilən vədin yerinə yetirilməsi məqsədi daşıyır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest