20 Noyabr 2026, 16:34
FUTBOL
Öncə Regional Expo Gəncə 2026 sərgisinin rəsmi açılış mərasimi olub. Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilər sərgi zalına daxil olublar, stendlərlə tanış olublar.
Gəncədə ilk dəfə Regional EXPO Gəncə 2026 - Sahibkarların təqdimat sərgisi keçirilir. Matc.az xəbər verir ki, ölkəmizin regionlarında biznes ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyan bu nüfuzlu tədbirə "Kəpəz" PFK da qatılıb.
"Sarı-göylər"ə aid stenddə eyni zamanda fan-shop fəaliyyət göstərir.
Öncə Regional Expo Gəncə 2026 sərgisinin rəsmi açılış mərasimi olub. Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilər sərgi zalına daxil olublar, stendlərlə tanış olublar.
"Kəpəz" PFK-nın stendinə yaxınlaşan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov klub tərəfindən irəli sürülən tərəfdaşlıq təklifləri ilə tanış olub, sərgidə çalışan komandaya uğurlar arzlayıb.
Qeyd edək ki, tədbir sahibkarları, dövlət qurumlarını, investorları, yerli və beynəlxalq şirkətləri, startapları və biznesə dəstək təşkilatlarını eyni məkanda - Gəncə İdman Sarayında bir araya gətirib.
Regional EXPO Gəncə 2026 sərgisinə sabah yekun vurulacaq.













