Messinin siyahıda göstərilən 28,3 milyon dollarlıq qazancı yalnız futbol fəaliyyəti ilə bağlı gəlirlərini əhatə edir. Reklam müqavilələri, sponsorluq və digər kommersiya gəlirləri bu məbləğə daxil deyil.

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in ən çox qazanan futbolçusu statusunu qoruyub saxlayır. Matc.az saytının ESPN-ə istinadən məlumatına görə, argentinalı ulduzun illik maaşı 28,3 milyon dollar təşkil edir.
 
Messinin ötən ilki maaşı 20,45 milyon dollar olub. Onun illik qazancı bir il ərzində təxminən 7,85 milyon dollar artıb.
 
ESPN-in açıqladığı siyahıda Messidən başqa, illik maaşı 10 milyon dolları ötən daha dörd futbolçu yer alıb. Onlar Robert Levandovski (“Çikaqo Fayr”) – 19,51 milyon dollar, Antuan Qrizmann (“Orlando Siti”) – 13,94 milyon dollar, Son Hın Min (“Los-Anceles”) – 11,25 milyon dollar və Bril Embolodur (“Atlanta Yunayted”) – 10,81 milyon dollar.
 
Bununla belə, Messinin siyahıda göstərilən 28,3 milyon dollarlıq qazancı yalnız futbol fəaliyyəti ilə bağlı gəlirlərini əhatə edir. Reklam müqavilələri, sponsorluq və digər kommersiya gəlirləri bu məbləğə daxil deyil.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest