Hadisə İngiltərə futbol ictimaiyyətində təəccüblə qarşılanıb. Klubun bu qərarı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

İngiltərənin “Blekpul” klubu baş məşqçi İan Evattla yollarını ayırıb. Matc.az xəbər verir ki, klub rəhbərliyi əvvəlcə sosial şəbəkələrdə mütəxəssisi ad günü münasibətilə təbrik edib.
 
Lakin bundan cəmi bir neçə saat sonra onun vəzifəsindən ayrıldığı açıqlanıb.
 
Hadisə İngiltərə futbol ictimaiyyətində təəccüblə qarşılanıb. Klubun bu qərarı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
 
“Sky Sports”un məlumatına görə, Evatt noyabrın 19-da 45 yaşını qeyd edib və təxminən bir il klubu çalışdırdıqdan sonra vəzifəni tərk edib.
Komanda son 10 liqa oyununda cəmi bir qələbə qazanıb. Evatt “Blekpul”a 2025-ci ilin oktyabrında gəlmişdi və müqaviləsi 2028-ci ilin iyununadək qüvvədə idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest